İran 5+1 ölkələri ilə nüvə sazişindəki bəzi öhdəliklərini dayandırır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İran nüvə fəaliyyətini yenidən bərpa edir.
İran dövlət televiziyası rəsmi Tehranın bununla bağlı Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin səfirlərini məlumatlandırdığını bildirib.
Tehranın, sazişin tam ləğv edilməsini hələlik istəmədiyi qeyd edilir.
Iranla 2015-i ildə əldə edilən razılaşma, Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğvini nəzərdə tuturdu.
İran prezidenti Həsən Ruhani isə bəyan edib ki, öhdəliklərə uyğun olaraq İranın maraqları qorunmazsa 60 gün ərzində zənginləşdirilmiş uranın səviyyəsini artıracaqlar.