ABŞ Türkiyənin Şərqi Aralıq Dənizində enerji axtarışlarını dayandırmağa çağırıb. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Marqan Ortaqus açıqlama verib.
Marqan Türkiyəni Cənubi Kiprin müstəqilliyinə hörmət etməyə və Kiprin iqtisadi bölgəsi olan zonada enerji axtarışından imtina etməyə çağırıb.
Türkiyə Xarici İşlər Nazirliyi isə bu açıqlamaya sərt reaksiya verib. Bildirilib ki, açıqlamada iddia olunanların gerçəkliklə heç bir əlaqəsi yoxdur. XİN bildirib ki, ABŞ-ın bu mövqeyi beynəlxalqı hüququn pozulmasıdır: “Türkiyə Şərqi Aralıq dənizində ölkələrin sərhədlərinə dair mövqeyini 2004-cü ildə açıq şəkildə ortaya qoyub. Cənubi Kiprin bölgə ölkələri ilə sərhəd məsələsində əldə etdiyi razılaşma Türkiyə və Şimali Kipr üçün keçərli deyil. Türkiyənin dəniz sərhədləri BMT-nin nəzdində qeydə alınıb...”
Türkiyə, axtarış və seysmik gəmilərin fəaliyyətinin qətiyyətlə davam edəcəyini bəyan edib.