ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan İrana xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, Şanahan İranı provokasiyaları dayandırmağa çağırıb.
Şanahan Twitter hesabından bildirib ki, Abraham Linkoln təyyarə gəmisi döyüş qrupu və bombardmançılar bölgəyə onun razılığı ilə göndərilib. O, bu addım İran rejiminin ciddi təhdidlərinə cavab olaraq tədbir məqsədli yer dəyişmə olduğunu deyib.
Şanahan İrana da müraciət edib: “İran rejimini bütün təxribatları dayandırmağa çağırırıq. Qüvvələrimizə və mənafelərimizə qarşı yönəlmiş hər hansı bir hücuma görə İran rejimini məsul tutacağıq".
Qeyd edək ki, Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton dünənki açıqlamasında ilə təyyarə gəmisinin, bir bombardmançılarla birlikdə Körfəzə göndərildiyini açıqlamışdı. Bolton bunu İran rəhbərliyinə "dəqiq və qəti bir mesaj" kimi qiymətləndirmişdi.
Bu arada, ABŞ mediasında yer alan bəzi xəbərlərə görə, İsrail kəşfiyyatının ABŞ-a İranın bölgədəki Amerika əsgərlərinə qarşı hücum hazırlığında olduğuna dair məlumat çatdırmasından sonra Vaşinqton bölgəyə təyyarə gəmisi göndərib.
İsrail kəşfiyyatının iki həftə əvvəl Ağ Evdə görüş zamanı İranın ehtimal edilən bir neçə planını Amerika rəhbərliyinə çatdırıb. Iddialara görə, İsrail ABŞ-a İranın İraq, Suriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, bölgədə Amerikaya aid hədəflərə hücum edəcəyinə dair məlumatlar verib.