Londonda ABŞ-ın yeni prezidenti Donald Trampın qarşıdakı səfərinə etiraz olaraq çoxminli insanların qatıldığı mitinq keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, aksiya iştirakçıları ABŞ səfirliyindən Britaniya parlamentinin önünə qədər yürüş edib. Onların əsas tələbi Trampın qarşıdakı səfərinin təxirə salınmasıdır. Xəbərə görə, aksiyanın təşkilatçısı “Müharibəni dayandır” koalisiyası və “Rasizmə yox de!” ictimai birliyidir. Eyni zamanda onlar “Tereza Meyə ar olsun” şüarı səsləndirib.
Xatırladaq ki, daha öncə Tereza Meyin adına səfərin təxirə salınması tələbilə açılan petisiya artıq 1 milyon 800 min imza toplayıb. Fevralın 20-də isə Britaniya parlamentinin Trampın səfərini müzakirəyə çıxaracağı gözlənir. Lakin hökumətin fikrincə, dəvətin ləğv olunması Tereza Meyin ABŞ səfəri zamanı əldə olunmuş bütün razılaşmaların “üzərindən xətt çəkə” bilər.