Amerikanın Sietl şəhər federal məhkəməsi prezident Donald Trampın immiqrasiya siyasətinin sərtləşdirilməsilə bağlı imzaladığı qanunun üzərinə müvəqqəti qadağa qoyub.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə qərarı sözügedən məhkəmənin hakimi Ceyms Robart qəbul edib. Robart həmin qərarı Vaşinqton ştatının Baş Prokurorluğunun təqdimatı əsasında qəbul edib. Ştatın prokuroru Bob Ferqyuson qeyd edib ki, sözügedən qərarın qeyri-konstitusion olduğunu qəbul etdirməyə çalışır. Sonradan bu çalışmalara Minnesota ştatı da qoşulub. Xəbərdə qeyd olunur ki, bu çalışmalar başa çatanadək həmin qadağa qüvvədə olacaq.
Xatırladaq ki, ötən həftə Tramp ölkənin immiqrasiya siyasətini sərtləşdirən bir sıra sənəd imzalayıb. Həmin sənədlərə əsasən Milli təhlükəsizlik nazirliyinə 120 gün müddətinə ölkəyə miqrant qəbulu ilə bağlı proqramın icrasının dayandırılması tapşırılıb. Bu sırada Suriya qaçqınları üçün müddət qeyri-müəyyən saxlanıb. Bundan əlavə, 90 gün müddətinə 7 müsəlman ölkəsi – İraq, İran, Yəmən, Sudan, Liviya və Somali vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub.