Belarus respublikası Avrasiya İttifaqını tərk edə bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bir sıra Rusiya mətbu orqanları yazır. Buna səbəb kimi isə Rusiya Federasiyasının Belarusla sərhədlərini möhkəmləndirməsi göstərilir.
Xatırladaq ki, bu günlərdə Belarus 80-dən artıq dünya ölkəsi ilə viza rejimini sadələşdirib və bundan sonra Moskva sərhədlərinin möhkəmləndirilməsinə qərar verib. Bunun ardınca isə Belarusun, növbəti addım olaraq, Avrasiya ittifaqından çıxa biləcəyi deyilir. O da bildirilir ki, deyilən istiqamətdə addım atılarsa, bu, Rusiyanın avrasiya konsepsiyasının sonu olar.