Rusiya prezidenti Vladimir Putin güc orqanlarında müxtəlif vəzifə tutan 17 generalı işdən azad edib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, onların əksəriyyəti Fövqəladə Hallar Xidmətində (FHX) vəzifə tuturdu. Bu barədə əmrin surəti hüquqi informasiya rəsmi portalında yerləşdirilib.
İşdən azad olunanlar arasında FHX-nin ərazi siyasəti üzrə departamentinin sədri, general-polkovnik Yuri Kovalyov, Qaraçay-Çərkəz Respublikasının FHX rəhbəri, general-mayor Kazimir Botaşev, FHX-nin Uzaq Şərq regional mərkəzinin rəis müavini, general-mayor Oleq Volınkin, qurumun Şimali Qafqaz regional mərkəzinin rəisi, general-polkovnik Nikolay Lityuk, Şimal-Qərb regional mərkəzinin rəisi, general-mayor İqor Qorbatenko, Yaroslavl vilayət prokuroru, üçüncü dərəcəli dövlət müşaviri Yuri Verxovtsev, Xantı-Mansiysk muxtar dairəsinin Yurqe İstintaq komitəsinin istintaq idarəsinin rəhbəri, general-mayor Arkadi Sınqayevski və digər yüksək çinli məmurlar yer alır.
FHX-dən sözügedən əmri qurumda 2016-2020-ci illər üçün nəzərdə tutulan inkişaf planı ilə əlaqələndiriblər. Belə ki, bu plan üzrə bir sıra rayonların FHX –lərinin mərkəzləşdirilmiş əsasda bir rayonda fəaliyyət göstərəcəyi bildirilib. Eyni zamanda qeyd olunub ki, daha bir sıra işdən çıxarılmalar pensiya yaş həddinə çatılması ilə bağlı olub.