Ukrayna tankları Donbasda Avdeyevka rayonuna girib. Baki-xeber.com xəbər verir ki, BBC-nin Ukrayna müxbiri Tom Barric “Twitter”də Ukrayna tanklarının Avdeyevka rayonuna girməsini göstərən görüntü yayıb.
“Biz Avdiyivkada Ukrayna əsgərləri və tanklarla raslaşdıq və eşitdik ki, atəşkəs rejiminə əməl olunmur”, deyə müxbir yazır.
Görüntülərdə Ukrayna tanklarının yanında ATƏT-ə aid bir avtomobilin olması da diqqət çəkir.
Ukrayna müdafiə nazirinin müavini İqor Pavlovski bu ərəfədə Ukrayna hərbçilərinin Avdeyevkaya yaxınlaşması barədə məlumat yaymışdı.
Kremlin mətbuat katibi Dimitri Peskovsa mətbuat konfransında Avdeyevkada baş verənlərin Ukrayna hakimiyyətinin təxribatı olduğunu demişdi.
2014-cü ilin martından Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qoşunları arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.