ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Malkolm Trenbulla telefon söhbətini xarici dövlət başçıları ilə apardığı söhbətlərin “ən pisi” adlandırıb. Bunu “Washington Post” qəzeti yazır.
1 saat çəkməli olan söhbət, cəmi 25 dəqiqə sürüb. Qəzetin yazdığına görə, Trenbull Trampa ABŞ-ın Avstraliyadan qaçqın qəbul etməklə bağlı öhtəliyi olduğunu xatırladıb, bu isə onun xoşuna gəlməyib. Bir qədər sonra Tramp özünün “Tvitter” səhifəsində yazıb: ”Buna inana bilərsiz? Obama administrasiyası Avstraliyadan minlərlə qanunsuz miqrant qəbul etməyə razılıq verib. Nəyə görə? İndi bu razılaşmanı araşdırıram”.
Avstraliyanın baş naziri isə söhbətin “açıq” olduğunu deyib.
Qeyd edək ki, Donald Tramp yanvarın 27-də İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ölkəyə girişini 90 günlük qadağan edib.