Rusiya Federal Təhqiqatlar Bürosunun rəhbəri Aleksandr Bortnikov Belarusla həmsərhəd rayonlarda sərhəd zonasının yaradılması barədə göstəriş verib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, sözügedən qərar Smolensk, Bryansk və Pskov vilayətlərini əhatə edir. Xəbərə görə, bu barədə qurumun rəsmi portalında xəbər yer alıb. FTB rəhbərinin imzaladığı sənəddə Dövlət Sərhəd Xidmətinə “insanların və nəqliyyat vasitələrinin daxil olma” saatlarının müəyyən edilməsi və müvafiq yol nişanlarının quraşdırılması tapşırılır.
Xatırladaq ki, yanvarın 9-da Belarus prezidenti Aleksandr Lukaşenko 80 ölkənin vətəndaşları üçün Minsk Milli Aeroportunda yoxlamadan keçməklə vizasız rejimin tətbiq olunması ilə bağlı əmr imzalayıb. Bu ölkələr sırasına bütün Avroittifaq ölkələri, o cümlədən Braziliya, İndoneziya, ABŞ və Yaponiya daxildir.