Ağ Ev öz nümayəndələrinin CNN-in efirinə göndərilməməsi barədə qərar qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Politico” jurnalı yazıb. Xəbərə görə, Ağ Ev telekanalı tamamilə boyot etməyib, lakin bildirib ki, sözügedən telekanal onu qane edən tribuna deyil. Nəşr bu yöndə misal da çəkərək bildirir ki, Ağ Evin mətbuat katibi Şon Speyser və ya ABŞ prezidentinin müşaviri Kellien Konuey telekanalın proqramlarına, xüsusilə “Ölkədəki vəziyyət” proqramına qatılmır. Bazar ertəsi Corc Vaşinqton Universitetində çıxış edən Speyser CNN-in Ağ Ev tərəfindən tamamən boykot olunduğu barədə deyilənləri təkzib edib, lakin deyib ki, “baş verənləri olduğu kimi qəbul etmək niyyəti olmayanlarla” işləmək fikri yoxdur.
Nəşr xatırladır ki, sonuncu dəfə Konuey CNN-in efirində 8 yanvar tarixində çıxış edib. Bunun ardınca o, yalnız Tramın prezident seçilməsindən sonra telekanalla prezident arasında baş verən insidentin ardından efirində görünüb. İnsident isə Trampın hələ seçilmiş prezident olduğu (inauqurasiyadan öncə) zaman keçirdiyi mətbuat konfransında yaşanıb. Belə ki, Tramp ona sual ünvanlayan CNN jurnalısti Cim Akostanın sualına cavab verməkdən imtina edib. Deyib ki, “Sizin təşkilatınız yaman gündədir və mən sizə sual vermək imkanı yaratmaq fikrində deyiləm”.