Silahlı müxalifət qüvvələri alyansı - "Suriya demokratik qüvvələri" bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb və ilk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Müxalifət nümayəndəsi Təlal Selo "Reuters" agentliyinə bildirib ki, zirehli texnika və zirehli nəqliyyatlar 4-5 gün əvvəl çatdırılıb.
Onun sözlərinə görə, texnikanın sayı az olsa da, bu, yeni dəstəyi göstərir: "Biz bundan əvvəl belə dəstək almamışıq. Buna qədər, əsasən, yüngül silahlar və döyüş sursatları göndəriblər".
Baki-xeber.com xəbər verir ki, "Suriya demokratik qüvvələri"nə əsasən PKK-nın Suriya qanadı PYD rəhbərlik edir.
Zirehli texnikanın sayı ilə əlaqədar hələlik detallı bir məlumat yoxdur. Bu yardımın haradan, necə edildiyi də müəyyən deyi.
Qeyd edək ki, alyans, əsasən, kürd bölmələrindən ibarətdir.