İraq parlamenti Trampın 7 ölkə vətəndaşlarına qarşı məlum qərarına cavab tədbirlərini səsverməyə çıxarıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Al Sumaria” telekanalı özünün mənbələrinə istinadən xəbər yayıb. Telekanala danışan mənbənin sözlərinə görə, İraq deputatları, həmçinin, BMT-ni və Ərəb Dövlətləri Liqasını Trampın sözügedən istiqamətdə fəaliyyətinə qarşı sərt mövqe tutmağa çağırıb. Bundan əlavə, parlament İslam Əməkdaşlığı Təşkilatına müraciət edərək, mövzu ilə bağlı təcili iclas keçirməsini təklif edib.
Öz növbəsində ölkə XİN-i də ABŞ-a müraciət edərək, verdiyi immiqrasiya qərarını “bir daha gözdən keçirməsini” istəyib. “Reuters”in xəbərinə görə, müraciətdə ABŞ administrasiyasından “yanlış qərara” yenidən baxılması istənilir.
Lakin maraqlıdır ki, ölkə parlamenti və XİN-ə rəğmən, Baş nazir Heydər Əl-Abadi hələlik ABŞ-ın sözügedən qadağasına heç bir reaksiya verməyib...