ABŞ prezidenti Donald Tramp ölkənin Baş prokuroru səlahiyyətlərini icra edən və Ədliyyə nazirliyinə başçılıq edən Salli Yetsi onun immiqrasiya ilə bağlı qərarının icrasından imtina etdiyinə görə işdən azad edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN məlumat yayıb. Ağ Evin məsələ ilə bağlı yaydığı açıqlamada Salli Yetsin “Ədliyyə nazirliyinə xəyanət etdiyi” bildirilir. Açıqlamada o da bildirilir ki, onun yerinə həmin vəzifəyə Virciniya ştatının Şərq Dairə Məhkəməsinin prokuroru Dana Boente təyin olunub.
Xatırladaq ki, daha öncə Tramp özünün “qəfil” immiqrasiya qərarının səbəbini açıqlamışdı.