ABŞ-ın miqrant qərarına hədəf olan 8 ölkədən biri İraq Vaşinqtona cavab verməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, İraq parlamenti, prezident Donald Trampın viza qərarına cavab tədbirlərini nəzərdə tutan qərarı artıq təsdiqləyıb.
Bağdad rəhbərliyi Vaşınqtona Trampın qərarına uyğun cavab verəcək. Belə ki, İraqın cavab qərarı eynilə Vaşinqtonun tətbiq etdiyi kimi üç ay davam edəcək və amerikalılar ölkəyə girə bilməyəcək. Vizası olanların da ölkəyə girişi rədd ediləcək.
İraqlı şiələr isə, ölkədəki amerikalıların deportasiya edilməsini tələb edir. ABŞ əleyhdarı kimi tanınan şiə lider Müqtəda Əs Sədr "İraqa və digər ölkələrə sərbəst girirsiniz, amma onların ölkənizə girməsinə icazə vermirsiz. Əvvəl öz vətəndaşlarınızı İraqdan çəkin" deyə bildirib.
Bu arada, İslam Əməkdaşlıq Təşkilatı da Trampa etiraz edib. Təşkilata görə, Trampın viza qadağası qərarı bu ölkədəki radikalları həvəsləndirəcək, qaçqınların üzləşdiyi ciddi problemləri daha da ağırlaşdıracaq.