Türkiyə və İran da Qərb ölkələrinin hədəfi ola bilər. Baki-xeber.com xəbər verir ki, bu iddianı Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin köməkçisi olmuş, onun əmisi oğlu Əl Dem Rusiyanın NTV televiziyasına müsahibəsində səsləndirib.
Suriya və Yəməndəki daxili qarşıdurmalardan danışan El Dem, Türkiyə və İranın da Qərb ölkələrinin hədəfində ola biləcəyini deyib: "Qərb, Liviyanı Afrika ölkələrinin lideri kimi görmək istəmədi. Onlar İraqı yerlə bir etdilər. İndi Suriya və Yəmənə hücum edirlər. Hətta Türkiyə və İran da onların hədəfi ola bilər".
"Rusiya bölgədə tarazlıq qurmağı bacardı. ABŞ-ın keçmiş prezidenti Barak Obama “səhvə yol verdik” (Qəddafinin devrilməsi barəsində) dedi. O zaman çıxıb Liviya xalqından üzr istəsinlər. Liviya xalqı ABŞ, NATO və BMT-dən bununla bağlı izahat tələb edəcək. Liviya yerlə bir edildi. Bir milyon insanımız Avropaya qaçdı ..." – deyə o bildirib.