Kremlin sözçüsü Dimitri Peskov ABŞ və Rusiya prezidentlərinin böyük 20-lər ölkələrinin iyul sammitindən əvvəl görüşməsini istisna etməyib. Sammit iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçirilməlidir.
TASS-ın məlumatına görə, Peskov bunu jurnalistlərə açıqlamasında deyib, amma sözçü görüşün detalları barədə ətraflı məlumat verməyib.
Peskov ümid edir ki, prezidentlərin köməkçiləri artıq belə bir görüşün keçirilməsinə hazırlıq görməyə başlayacaqlar.
Qeyd edək ki, ötən şənbə günü ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Bu Donald Trampın andiçmə mərasimindən sonra liderlər arasında ilk telefon əlaqəsidir.