ABŞ-da yeni prezident Donald Trampın imzaladığı müvafiq sərəncam üzrə ölkəyə miqrantların girişinə məhdudiyyətlər nəzərdə tutan qanun qüvvəyə minib.
Baki-xeber.com-un xəbərinə görə, gün ərzində 100-dən çox miqrant müvəqqəti saxlanma yerlərinə aparılıb. Onların əksəriyyətinin sonradan sərbəst buraxıldığı bildirilir. Ağ Ev aparatının rəhbəri Rayns Pribus NBC telekanalına açıqlamasında bildirib ki, miqrantlarla bağlı qanunun sərtləşdirilməsi ölkə aeroportlarında xaos yaratmayıb. O deyib ki, sənədin imzalanmasından keçən müddət ərzində ABŞ-a 325 miqrant gəlib, onlardan yalnız 109 nəfəri saxlanıb.
Xatırladaq ki, Trampın miqrasiya təhlükəsizliyi ilə bağlı sənədlər imzaladığı sənədlərə görə, bir sıra ölkələrdən gələn miqrantlara yalnız 90 gün ABŞ ərazisində qalmaq icazəsi verilir ki, həmin ölkələrin əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Söhbət İraq, İran, Yəmən,Liviya, Suriya, Somali və Sudandan gedir. Eyni zamanda qaçqınların ABŞ ərazisində 120 gün qalmasına imkan verən proqramın da icrasına son verilib.