“Mən münaqişənin uzunmüddətli həlli və regionda dayanıqlı sülhün təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləyəcəyəm”.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri ABŞ Senatının yuxarı palatasında dinləmələr zamanı dövlət katibi postuna namizəd Reks Tillerson deyib. Tillerson ABŞ-ın regionda sülhün və stabilliyin bərqərar olmasında maraqlı olduğunu bildirib və yeni administrasiyanın bu mövzunu gündəmdə saxlayacağını deyib.
Qeyd edək ki, ABŞ-dakı Erməni Milli Assambleyası dinləmələrdə aktivlik göstərərək Tillersondan bir sıra vədlər almağa cəhd edib. Bunlardan biri də Türkiyə-Ermənistan sərhədlərinin açılması və bununla da Ermənistanın blokadadan çıxarılması olub. Tillerson isə cavabında bildirib ki, bunun üçün öncə iki ölkə arasında diplomatik və iqtisadi əlaqələr yoluna qoyulmalıdır.