ABŞ prezidenti Donald Tramplaə Rusiya prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən telefon danışığı baş tutub.
Baki-xeber.com-un xəbərinə görə, təxminən 45 dəqiqə davam edən telefon danışığı prezidentlər arasında baş tutan ikinci görüşdür. Belə ki, ilk dəfə onlar ötən ilin noyabrında telefon əlaqəsi saxlamışdılar.
Bu arada Kreml Tramp-Putin görüşünün detallarını açıqlayıb. Kremlin mətbuat xidmətindən verilən xəbərə görə, prezidentlər arasında söhbətin əsas mövzsunu Suriya və Ukrayna nizamlanması təşkil edib. Eyni zamanda terrorizmlə mübarizə, Yaxın Şərqdəki son durum, ərəb-İsrail münaqişəsi, İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı situasiya da danışıqların əsas mövzularısırasında yer alıb.
Xəbərə görə, iki ölkə lideri arasında terrorizmlə mübarizə mövzusunda fəaliyyətin koordinasiya olunması barədə razılıq əldə edilib. Eyni zamanda prezidentlər ABŞ və Rusiya arasında ticari-iqtisadi əlaqələrin bərpasını müzakirə edib, ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək addımların atılması vacibliyini vurğulayıb.
Qeyd edək ki, ABŞ tərəfindən danışıqlarda Trampın müşavirləri və vitse-prezident Maykl Pens, Rusiya tərəfdən isə yalnız dövlət başçısı iştirak edib. Sonda Tramp və Putin telefon görüşmələrini davam etdirmək, perspektivdə isə üz-üzə görüşmək barədə razılaşıb.