Yunanıstanın çevriliş cəhdinin ardından Afinaya üz tutan üsyançıları geri verməməsi üzündən Türkiyə bu plkə ilə aralarındakı miqrant razılaşmasını poza bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. TRT Haber telekanalının efirində o deyib ki, rəsmi Ankara qaçqın hərbçilərin Türkiyəyə ekstradisiyası üçün bütün addımlara gedəcək və bu halda bu ölkə ilə miqrantlarla bağlırazılaşmanın da pozula biləcəyi istisna olunmur.
Xatırladaq ki, 15 iyul çevriliş cəhdinin ardından Türkiyənin 7 nəfər hərbçisi helikopterlə Yunanıstana keçərək bu ölkəyə sığınıb. Yunan dövləti hərbçilər barəsində sərhədi qanunsuz keçmə maddəsilə saxlanma qərarı çıxarsa da, türkiyənin israrlı tələblərinə rəğmən, onların ekstradisiyasına razılıq vermir