İŞİD Suriyanın Əl Bab bölgəsindən çəkilməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri baş qərargahı məlumat yayıb.
Məlumata görə terrorçuların təhdidlərinə baxmayaraq, sakinlərin böyük bir hissəsi bölgəni tərk edib, ancaq şəhərdə hələ də 15-18 min arasında mülki sakin qalır.
Açıqlamada, İŞİD-in müdafiə xətlərini gücləndirmək və qarşılaşdıqları qüvvələrə maksimum itki, ziyan verdirmək məqsədilə Əl Bab ətrafında istehkam qurmaqda davam etdiyi bildirilir. Ancaq buna baxmayaraq terrorçuların döyüş əhval-ruhiyyələri son dərəcə aşağıdır. Digər tərəfdən, əldə edilən son məlumatlarda İŞİD-in şəhərdə döşədiyi minaların yerlərini bilən və şəxsən döşəyən yaraqlılar hava hücumunda ölüb, ölən terrorçuların əllərindəki minalanmış ərazilərin xəritələri yoxa çıxıb. Buna görə, bəzi terrorçuların hərəkətlərinin məhdudlaşdığı, hətta bəzilərinin öz bombalarıla öldükləri bildirilir.
TSK bildirilir ki, Fırat Qalxanı əməliyyatından böyük zərbə alan terrorçular Əl Babdan çəkilməyə hazırlaşır.