ABŞ prezidenti Donald Tramp yaxın günlərində Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışmaq niyyətindədir. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə NBC kanalının korrespondeti Helli Cekson "Twitter"dəki səhifəsində ABŞ-ın administrasiyasındakı mənbələrə istinadən yazıb.
H.Cekson yazıb: "Prezident Tramp və Vladimir Putin, administrasiyadakı mənbəyə əsasən, bu həftəsonu, gözlənildiyi kimi, telefonla danışacaqlar. Bu andiçmədən sonra ilk zəng olacaq".
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətindədir. D.Trampın sözlərinə görə, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma men bildiyimə görə tezliklə olacaq".
Qeyd edək ki, ilk danışıqlarda dövlət başçıları dövlətlərarası münasibətlər qurmaq barədə razılığa gəliblər.