ABŞ-ın yeni prezidenti Donald Trampın müşaviri Stiven Bennon deyib ki, bir çox Amerika KİV-i ABŞ-ın yeni administrasiyasına münasibətdə “müxalifət partiyasıdır”.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, “The New York Times”-a müsahibəsində bəyan edib və həmin mətbu orqanları “ağzını yummağa” çağırıb. O deyib ki, 2016-cı ilin prezident seçkilərinin nəticələri çoxları, o cümlədən ABŞ KİV-i üçün gözlənilməz oldu və onlar bu “məğlubiyyətlərini dərk edərək susub, bir qədər də dinləməyi öyrənsələr yaxşı olar”.
Xatırladaq ki, daha öncə Donald Trampın digər müşaviri Kellienn Konuey bildirmişdi ki, yeni administrasiya KİV-lə münasibətlərinə yenidən baxmalıdır.