Fətullah Gülən ABŞ prezidenti Donald Trampı təhdid edib. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, FETÖ lideri Tramp and içmədən əvvəl ona məktub yazıb.
Trampdan görüş tələb edən, amma bu tələbi rədd edilən Gülən ona məktub yazıb. Gülən məktubunda ABŞ-a necə xidmət etdiyinə geniş yer verib.
Gülən, xüsusilə xarici ölkələrdəki məktəblərinin Amerika kəşfiyyatının məlumatı daxilində fəaliyyət göstərdiyini və bu məktəblərdən ABŞ-a ciddi məlumatlar göndərildiyini, məlumat alınması mövzusunda gələn tələblərin dərhal hamısının qarşılandığını bildirib: “Türkiyə və bütün dünyada ABŞ ilə birlikdə çalışdıq. Haqqımdakı iddialar məni danışdırmaq üçün ələ keçirmək istəyənlər tərəfindən ortaya atılır”.
Sonda Gülənin Trampa “Məni Türkiyəyə təslim etsəniz danışaram” mesajı verdiyi iddia edilir.