Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMDK) Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməkdən imtina edib.
Baki-xeber.com xəbər verir ki, SMDK bu gün Moskvada Lavrovun suriyalı müxaliflərlə görüşünə qatılmayacaqlarını bəyan edib.
Bildirilir ki, təşkilatın 3 üzvünə dəvət gördərilib, ancaq onlar Lavrovla görüşə getməyəcəklər.
Müxaliflər Moskva görüşündən niyə imtina etdiklərini açıqlamayıblar.
Qeyd edək ki, Lavrovun Suriya daxilində və xaricdə fəaliyyət göstərən müxalifətçilərdən ibarət nümayəndə heyəti ilə görüşəcəyi gözlənilir. Qeyd olunan SMİQMK Suriya hüdudlarından kənarda fəaliyyət göstərir. Moskva görüşünə 25 müxalifətçi dəvət olunub.