Meksika və ABŞ arasındakı prezident Donald Trampın təklifilə gündəmə gələn sərhəddə hasar gərginliyi artır. Baki-xeber.com xəbər verir ki, Meksika prezidenti Enrike Peni Nyeto ABŞ prezidentinin Meksika ilə sərhədlərə hasar çəkilməsinə dair sərəncamından sonra gələn həftəyə planlaşdırılan Vaşinqton səfərini təxirə salıb.
ABŞ prezidenti Donald Tramp dünən qeyri-qanuni mühacirətin qarşısını almaq məqsədilə ölkənin cənubunda Meksika ilə sərhəddə divarın inşasına dair iki sərəncam imzalayıb. Bununla Birləşmiş Ştatlara qaçqınların daxil olmasını məhdudlaşdırmaq və Amerikanın şəhərlərinin sənədləri olmayan miqrantlardan müdafiəsi nəzərdə tutulur.
Yeni prezident mühacirətlə bağlı sərəncamlara ABŞ sərhədlərinə nəzarət etmək məsuliyyətinə malik Daxili Təhlükəsizlik nazirliyini zaiyarət edən zaman imza atıb. Qarşıdan gələn günlərdə də Trampın buna əlavə olaraq bir sıra başqa ölçülər götürəcəyi bildirilir.
Ağ Evdən isə bildirilib ki, "Meksika, bu pulu elə ya da belə ödəyəcək".
Bundan sonra Tramp, Meksika prezidenti Enrike Penyanın planlaşdırılan səfəri barədə “Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda Nyeto gözlənilən səfərini də ləğv etməlidir” deyə bildirib.
Trampın bu açıqlamasının ardından Meksika dövlət başçısı Nyeto Tweet-dən ABŞ prezidentinə cavab verib və bildirib ki, yanvarın 31-də keçirilməsi planlaşdırılan ABŞ-dakı zirvəyə qatılmayacaq.
Trampın qərarını təəssüf hissi ilə qarşılayan Meksika lideri ölkəsinin hasara heç bir pul ödəməyəcəyini təkrar edib.