ABŞ prezidenti Donald Trampın Suriyada mülki vətəndaşları qorumaq üçün təhlükəsizlik zonaları yaradacağı iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə məlumat yayıb.
Bildirlir ki, Tramp Pentaqon və Dövlət Departamentinə təhlükəsizlik zonaları yaradılması planı hazırlamaları üçün göstəriş verib. “Reuters” yazır ki, göstərişə əsasən Pentaqon və Dövlət Departamenti 90 gün ərzində təhlükəsizlik zonalarının yaradılması ilə bağlı plan hazırlamalıdır.
Türkiyə Xarici İşləri Nazirliyi ABŞ Prezidenti Donald Trampın Suriyada təhlükəsiz bölgə yaradacağı ilə bağlı fikirlərinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hüseyn Müftüoğlu Türkiyənin uzun müddətdir bunu bəyan etdiyini deyib: "Məsələ dəqiqləşincə, hadisələri izləyəcəyik".
Rəsmi Moskvadan da Trampın açıqlamasına reaksiya gəlib. Kremldən bildiriblər ki, ABŞ təhlükəsiz bölgə yaratmağın nəticələrini də düşünməlidir.