ABŞ-ın Avropa İttifaqındakı potensial səfiri, hazırda Xenli adına biznes məktəbinin professoru olan Ted Mallok yaxın 1,5 il ərzində Avrozonanın dağılacağını proqnozlaşdırır. "APA-Economics" xəbər verir ki, bu barədə T. Mallok BBC-yə müsahibəsində bildirib.
Qərb mətbuatı öz mənbələrinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp T. Malloku Aİ-yə səfir təyin edəcək.
Onun sözlərinə görə, qarşıdan gələn 3 ay ərzində Böyük Britaniya ABŞ-la "hər iki tərəf üçün məqbul hesab olunan" ticarət sazişi imzalaya bilər. Professor "sərt "Brexit" anlayışı Böyük Britaniya üçün daha optimal variantdır: "Böyük Britaniya Aİ-nin vahid gömrük bazarından çıxandan dərhal sonra "Brüssel bürokratiyası"ndan canını qurtaracaq".