Yanvarın 25-də Diyarbəkir məhkəməsi HDP-li millət vəkili, Diyarbəkirin keçmiş meri Osman Baydəmirin həbsinə qərar verib.
Baki-xeber.com-un Türkiyənin “Cumhuriyet” qəzetinə istinadən xəbərinə görə, Baydəmir “Kürdüstan birlikləri ittifaqı”nın məhkəmə prosesində iştirak zamanı göz altına alınıb.
Arayış üçün: bu həmin Osman Baydəmirdir ki, Diyarbəkirin meri olduğu dönəmdə Müqəddəs Kirakos erməni kilsəsini rekonstruksiya etdirmiş, şəhərin girişində isə erməni dilində “Diyarbəkirə xoş gəldiniz” sözlərini həkk etdirmişdi. Eyni zamanda Baydəmirin qondarma “genosid” üçün ermənilərdən üzr istədiyi və İrəvanda məlum memorialı ziyarət etdiyi bildirilir.