Rusiya Astanadakı danışıqlar zamanı Suriya müxalifətinə yeni bir konstitusiya layihəsi təqdim edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə danışıqlarda Rusiyanı təmsil edən Aleksandr Lavrentiev məlumat verib
"Hazırda konstitusiya layihəsi müxaliflərin əlindədir. Onların cavablarını gözləyirik" – deyə A.Lavrentiev bildirib.
Ancaq suriyalı müxaliflər Rusiyanın hazırladığı yani layihəni rədd etdiklərini bildirirlər: "Ruslar layihəni masaya qoydu. Ancaq biz əlimizi belə vurmadıq".
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 27-də Suriyadakı müxalif qruplarla görüşəcəyi məlum olub.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarından sonra müxaliflərin Moskvaya səfər edəcəkləri açıqlanmışdı, ancaq onların Rusiya rəsmilərindən kiminlə görüşəcəyi açıqlanmamışdı.