Prezient Donald Tramp Obama administrasiyası tərəfindən dəstəklənən əsas layihələrin ləğvi istiqamətində daha bir addım ataraq, ABŞ-mərkəzində iki neft kəmərinin inşasının başlanılmasına dair sərəncam imzalayıb.
Trampın imzaladığı sərəncamlarda Kanadadan qumluq ərazilərindən təmizlənməmiş neftin ABŞ-ın Meksika körfəzi bölgəsindəki neft emal zavodlarına daşınmasını nəzərdə tutan Keystone XL neft kəməri və Şimali Dakota ştatından nefti İllinoys ştatına daşıyacaq Dakota Access kəmərinin inşası haqda yeni müazakirələrə çağırılır.
2015-ci ildə Keystone layihəsinin ətraf mühitə mümkün təsirlərini diqqətlə nəzərdən keçirdikdən sonra Obama administrasiyası kəmərin inşasından imtina etmişdi.
Kanadadan ABŞ-ın cənubundakı neft bazalarına xam neft daşımasını planlaşdıran və təxminən 8 milyard dollara başa gələn Keystone XL boru xətti, Obama tərəfindən 6 il ləngidilib. ABŞ Konqresinin təsdiqinə baxmayaraq, Obama layihəni üç dəfə veto etmişdi.
Keçən il ABŞ Ordusunun mühəndislər korpusu Dakota Access layihəsinin qarşısını alıb, kəmərə alternativ yollar axtarılacağını bildirib. Buna səbəb kəmərin keçdiyi marşrutda Standinq Rok rezervasiyasında (Standing Rock Siux tribe) yerli amerikalıların Siu tayfası və onların tərəfdarlarının layihənin içməli suyu və Amerika hindularının mədəniyyət abidələri üçün təhlükə yaradığını bildirərək etiraz aksiyaları keçirməsi olmuşdu.
Tramp bilridib ki, ABŞ Keystone layihəsinin şərlərini Kanada rəsmiləri ilə yenidən müzakirə etməlidir. O əlavə edib: "Əgər onlar buna istəsələr, biz kəmərin inşa edə bilib-bilməyəcəyimizə baxacağıq. Çoxlu iş yerli, 28 min iş yeri var. Bu, böyük tikinti layihəsidir."
Tramp həmçinin kəmərin inşası üçün materialların Birləşmiş Ştatlarda istehsal edilməsini tələb edən qərar imzalayıb.
ABŞ-ın yeni prezidenti eyni zamanda, ətraf mühitlə bağlı narahatlıqların nəzərən keçirilməsi və istehsal təkliflərinin təsdiq edilib-edilməməsinin müəyyən edilməsinə dair sərəncamlar verib.
Tramp neft kəmərləri layihələri ilə bağlı qərarların dəyişdirilməsinə Ağ Ev uğrunda uzun sürən kampaniyası zamanı söz vermişdi. Bazar ertəsi günü Tramp daha bir kampaniya vədini yerinə yetirərək, ABŞ-ın 12 ölkənin daxil olduğu Trans-Sakit okeanı Tərəfdaşlığı Ticarət (TPP) razılaşmasından çıxması haqda qərar verib.
Trans-Sakit okeanı Tərəfdaşlığı ticarət razılaşması 2009-cu ildə Barak Obamanın hakimiyyəti dönəmində razılaşdırılmış, lakin Konqres tərəfindən ratifikasiya edilməmişdi. Ticarət razılığına daxil olan digər ölkələr Yaponiya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Çili, Kanada, Meksikadır.
Müşahidəçilər TPP razılaşmasını tarixdə ən iri regional ticarət razılığı kimi dəyərləndirirdi. Belə ki, bu anlaşmaya daxil olan ölkələr dünya iqtisadiyyatının 40 faizini, dünya ticarətininsə üçdə birini təşkil edir.