Obama postunu tərk etməzdən öncə Fələstinə 221 milyon, qlobal iqlim dəyişikliyinə 4 milyon və Birləşmiş Millətlər təşkilatları üçün 1.25 milyon dollar olmaq üzrə 227 milyon dollarlıq yardımın ayrılmasına dair sənəd imzalayıb.
Baki-xeber.com CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə xəbəri amerikan mediası yayıb. Xəbərə görə, Obama həmin sənədi vəzifəsini tərk etməzdən cəmi bir neçə saat öncə imzalayıb.