Rusiya və Türkiyə Suriyanın Əl Bab bölgəsində İŞİD-ə qarşı növbəti dəfə birgə əməliyyat keçirib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Bildirilir ki, yanvarın 21-də 4 Türkiyə və 3 Rusya döyüş təyyarəsinin qatıldığı ortaq hava əməliyyatında, Suriyanın Əl Bab bölgəsində 22 İŞİD hədəfi vurulub.
Digər tərəfdən nazirlik Rusiya və ABŞ liderliyindəki beynəlxalq koalisiyaya aid təyyarələrin yanvarın 22-də ortaq əməliyyatı keçirdiyi bildirir. Belə ki, Rusiya və koalisiya təyyarələri ABŞ-ın “birbaşa xətt" vasitəsilə verdiyi koordinatlarla Əl Bab bölgəsindəki İŞİD hədəflərinə qarşı ortaq əməliyyat reallaşdırıb.
"Əvvəlcə kəşfiyyat uçuşları keçirildikdən sonra 2 Rusiya və 2 koalisiya təyyarəsi terrorçuların hədəflərinə hava hücumu keçirib" - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Moskva beynəlxalq koalisiya ilə ortaq hava hücumlarını nəticələrini yüksək qiymətləndirib.