Rusiya Suriyada atəşkəsin pozulmasına görə, Bəşər Əsəd rejiminə xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı atəşkəs müşahidə mərkəzindəki rəsmilərdən biri “Ria-Novosti”yə açıqlamasında deyib.
Onun sözlərinə gör, Moskva rejim qüvvələrinin atəşkəsi davamlı olaraq pozmalarından narahatdır. Adı açıqlanmayan mənbə, rejimi dəstəkləyən qüvvələrə atəşkəs razılaşmasına əməl etməmələrilə bağlı sərt xəbərdarlıq edildiyini bildirib.