ABŞ-ın Türkiyə ərazisindəki İncirlik bazasından istifadə etməsinə baxmayaraq, Vaşinqton “Fərat qalxanı” əməliyyatı çərçivəsində terrorçuluğa qarşı mübarizədə Türkiyəyə dəstək vermir.
Trend-in məlumatına görə, bunu “Washington Post” qəzetinə müsahibədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir deyib ki, hazırda İŞİD terror təşkilatına qarşı Türkiyə və Rusiya fəal mübarizə aparır.
Ankara ümid edir ki, ABŞ Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiyasını həyata keçirəcək. Bunu da M.Çavuşoğlu deyib.
Nazir deyib: “ABŞ hökumətinin Güləni təhvil verməkdən imtina etməsi Türkiyədə antiamerika əhval-ruhiyyəsinin yaranmasına səbəb olub. ABŞ Türkiyənin etimadını bərpa etməlidir”.