çərşənbə günü, 11 noyabr 2026
     

Milyonlarla insanı məhv edə biləcək ABŞ-ın sirli qara çantası bu gün Trampa veriləcək

Image


Yanvarın 20-də yeni ABŞ prezidentinin inaqurasiyası günündə tamaşaçılar Kapitol yüksəkliyindəki mərasimdə prezident Barak Obamanı müşayiət edən hərbi geyimli köməkçini də görə biləcəklər.

Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, köməkçinin daşıdığı çanta-portfelin içində kiçik çemodan olacaq. Bu çemodana "nüvə futbol topu" da deyirlər.

Artıq həmin vaxtadək yeni prezidentə strateji nüvə zərbəsi endirilməsi üçün kodların necə işə salındığı barədə təlimat verilmiş olacaq. Elə ki, Donald Tramp prezident kimi and içdi, əlində portfel olan həmin köməkçi diqqəti cəlb etmədən keçib onun yanında dayanacaq.

Məhz bundan sonra Donald Tramp bir saatdan da qısa müddətdə milyonlarla insanın məhvinə səbəb ola biləcək əmri verməyə bu dünyada səlahiyyəti çatan yeganə şəxs olacaq.

Nüvə hücumu qərarı..

İndi bir çoxları belə bir sual verirlər: Onun kəskin temperamenti və çılğınlığı nəzərə alınarsa, bu adamın düşünülməyən və fəlakətli nəticələrə səbəb ola biləcək qərarının qarşısı alına bilərmi?

Buradaca qeyd etmək lazımdır ki, Donald Tramp artıq özünün nüvə silahı barədə bəyanatlarından geri çəkilib. Bu yaxınlarda o deyib ki, bu silaha əl atacaq ən sonuncu adam o olacaq, hərçənd bunu edə biləcəyini də istisna etməyib.

Digər tərəfdən komandanlıq strukturunun tərkibində, məsələn gələcək müdafiə naziri, keçmiş dəniz piyadaları generalı James Mattis kimi başqa şəxslər də var. Lakin Vaşinqtondakı Stateji Tədqiqatlar İnstitutunun eksperti Mark Fitzpatrik deyir ki, bütün hallarda nüvə raketlərinin atılması barədə son qərarı yalnız prezident verir. O qeyd edir ki, prezidentə belə bir əmr verməyi heç kəs qadağan edə bilməz. Lakin onun verdiyi əmrlə əmrin icrası arasında prosesə qoşulacaq başqa şəxslər də var.

Odur ki, idarə olunmayan prezidentin belə qərarı təklikdə qəbul edəcəyi ssenari real görünmür. Lakin nəzəri baxımdan prezident belə bir əmri verə bilər və konstitusiyaya görə həmin əmri müdafiə naziri yerinə yetirməlidir.Lakin nəzəri baxımdan yenə də, prezidentin əqli sağlamlığına şübhə edən müdafiə naziri bu əmri icra etməyə bilər, amma bu, artıq hərbi qiyam kimi qiymətləndiriləcək. Prezident onu vəzifədən kənarlaşdıra və əmri müdafiə nazirinin müavininə verə bilər. Eləcə də nəzəri baxımdan ABŞ Konstitusiyasının 25-ci maddəsinə edilmiş düzəlişə uyğun olaraq vitse-prezident elan edə bilər ki, prezident əqli baxımdan iqtidarsızdır və müvafiq qərarları qəbul edə bilmir. Lakin bu halda nazirlər kabinetinin əksəriyyəti vitse-prezidenti dəstəkləməlidir.

Nüvə düyməsi...

Daim prezidentin yanında olan çemodanın və ya "nüvə futbol topunun" içində "qara kitab" adlı təlimat var. Burada ABŞ-ın hansı hallarda nüvə zərbəsi endirməli olduğu barədə müxtəlif ssenarilər yazılıb. Bu çemodanı açmaq üçün prezident öz şəxsiyyətini müəyyən edən plastik kartı işə salmalıdır.

Vaşinqtonda dolaşan şayiələrə görə guya keçmiş prezidentlərdən hansısa bu kartı bir müddət itiribmiş və tapa bilmirmiş. Sonradan məlum olub ki, kart onun pencəklərindən birinin cibində kimyəvi təmizləməyə verilib.

Start qərarı şifrələnmiş kodlarla ötürülür

Prezident çemodandakı "menyudan" nüvə silahının hədəfini seçdikdən sonra qərargah rəislərinin birləşmiş komitəsi vasitəsilə Pentaqonun komanda məntəqəsinə əmr verir. Prezident bundan sonra möhürlənmiş kodların köməyi ilə daha bir əmri Nebraskadakı Offatt hərbi-hava bazasında yerləşən ABŞ strateji komandanlığına verir.

Raket qurğularına start qərarı şifrələnmiş kodlar vasitəsilə ötürülür. Bu kodlar seyflərdə saxlanan kodlara uyğun gəlməlidir.

Həm ABŞ-ın, həm də Rusiyanın bir-birlərini bir neçə dəfə məhv etmək üçün kifayət qədər nüvə raketləri var. Məlum olduğuna görə, təkcə Moskvaya 100-dək Amerika raketi tuşlanıb. Bu iki ölkənin birlikdə malik olduğu nüvə arsenalı bütün dünyadakı nüvə döyüş başlıqlarının 90 faizini təşkil edir.

2016-cı ildən ən çox nüvə raketi Rusiyadadır. Məlumdur ki, Rusiyanın nüvə başlıqlarının toplam sayı 1796-dır. Onlar qitələrarası ballistik raketlərdə, sualtı qayıqlardakı raketlərdə və habelə strateji bombardmançı təyyarələrdə yerləşdirilib.

Prezident Vladimir Putinin sərəncamı ilə Moskva nüvə qüvvələrinin modernizasiyasına milyardlarla rubl xərcləyib. Səyyar ballistik raketlər Sibir meşələrindəki mövqelərini tez-tez dəyişir.

2016-cı ilin sentyabrına olan məlumata görə ABŞ-ın 1367 strateji nüvə başlığı var. Bu başlıqlar start şaxtalarında, sualtı gəmilərdə və dərhal təyyarələrə yüklənmək üçün hazır vəziyyətdə aviasiya bazalarında yerləşir.

Böyük Britaniyanın 120 strateji döyüş başlığının yalnız üçdə biri sualtı gəmilərdədir. Böyük Britaniyanın sualtı gəmilərindən biri daim haradasa dünya okeanının dərinliklərindədir. Buna "daimi dənizdən çəkindirmə" (continuous at sea deterrent) sistemi deyilir.

Qitələrarası ballistik rakletlərin uçuş sürəti saatda 27 min kilometrə çata bilər. Bu raketlər əvvəlcə Yerin atmosferindən çıxır, sonra isə saniyədə 6, 5 kilometr sürətlə hədəfə doğru şığımağa başlayır.

Rusiya və ABŞ arasında raketin uçuş müddəti - 25-30 saniyə

Rusiya və ABŞ arasında belə raketin hərəkətinə 25-30 saniyə vaxt lazım gələrdi. Sualtı gəmilərdə yerləşdirilmiş raketlər isə hədəfə yaxınlığı hesabına onu 12 saniyəyə vura bilər.

Buna görə də siqnalın yalançı və ya Axirəti bildirən həqiqi siqnal olduğunu müəyyən etmək üçün vaxt olduqca qısadır. Buraxılmış raketi dayandırmaq mümkün deyil, lakin şaxtadakı raketi düşmən tərəf vura bilər.

Ağ Evin keçmiş əməkdaşı deyib ki, hər şey nüvə raketinin buraxılması qərarının hansı şəraitdə qəbul edilməsindən asılı olacaq. Əgər bu X ölkəsi üzərinə uzun müddət müzakirə olunmuş və ölçülüb biçilmiş önləyici zərbə qərarıdırsa, onun icrasında çox sayda insan iştirak edəcək. Yəqin ki, belə qərarın qəbulunda vitse-prezident, milli təhlükəsizlik müşaviri və nazirlər kabinetinin əksər hissəsi iştirak edəcək. Lakin əgər ABŞ-ın qarşısında strateji təhlükə qəflətən yaransa, məsələn, düşmənin Amerikaya tərəf uçan raketləri radarda görünsə, onda prezident nüvə raketlərinin buraxılması əmrini şəxsən verə bilər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ