Türkiyə parlamenti (TBMM) yeni konstitusiya ilə bağlı sənədin təsdiqinə yaxınlaşıb. Parlament 18 maddəli sənədin ilk 7-ni ikinci səsvermədə təsdiq edib.
Baki-xeber.com xəbər verir ki, islahatlarla bağlı debatlar zamanı bitərəf deputat Aylin Nazlıaka söz istəmədən kürsüyə yaxınlaşaraq əllərini mikrofona zəncirləyib. Konstitusiya dəyişikliyinə etiraz edərən deputat MHP Qrupuna "vicdanınıza səslənirəm" deyərək, MHP-nin təklifə dəstək verməməyə çağırıb.
Bəzi AKP-li millət vəkilləri Nazlıakanın üzərinə yeriməyə cəhd edib, ancaq Mustafa Elitaş onları oradan kənarlaşdırıb.
TBMM sədr müavini iclasda 10 dəqiqəlik fasilə verib. Ancaq Nazlıakanın bu hərəkətini davam etdirməsinə görə fasilə 45 dəqiqə də uzadılıb. Bu müddətdə Nazlıakanın yanına gedən millət vəkilləri onu qandalları açmağa razı salmağa çalışıb.
Həmin vaxt MHP millət vəkilləri də Məclis salonunda olan Dövlət Baxçalını mühasirəyə alıb.