Qambiya lideri Yahya Jammehin 1 dekabr tarixindəki seçki nəticələrini tanımaması ilə başlayan siyasi böhran, ölkəyə xaricdən hərbi müdaxiləi ilə nəticələndi.
Baki-xeber.com xəbər verir ki, səlahiyyət müddəti dünən gecə başa çatan Jammehe qarşı Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) ölkələri hərəkətə keçib.
Sərhəddə gözləyən Senegal ordusunun Jammehə gecə yarısına qədər vaxt verib, sonra isə Qambiyaya girdiyini bəyan edib. Hərbi əməliyyata Nigeriya da dəstək verir.
Qambiya ordu komandanı Osman Badji, beynəlxalq hərbi əməliyyata qarşı döyüşməyəcəklərinin açıqlayıb: "Əsgərlərimizi sevirəm və onları axmaq bir döyüşə daxil etməyəcəyəm".
Yalnız 2 min 500 əsgəri olan Qambiyanın xarici müdaxiləyə müqavimət göstərmək gücündə deyil.
Beynəlxalq hərbi müdaxiləni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da təsdiqləyib. ABŞ Dövlət Departamenti də Qambiyadakı böhranla əlaqədar Seneqalın hərbi müdaxiləsini dəstəklədiyini bəyan edib. ABŞ vətəndaşlarına da “Qambiyanı tərk edin” çağırışı edib.
Qarşıdurmadan qorxan turistlər və yerlilər ölkədən qaçaraq Seneqala sığınıb.