ABŞ-ın növbəti prezidenti Donald Tramp 50 yüksək səlahiyyətli hökumət rəsmisinin administrasiyasında qalmasını xahiş edib. Onlar arasında müdafiə nazirinin müavini Robert Uork və İslam Dövləti qrupu ilə mübarizə komandasının rəhbəri Brett Makqrek də var.
Yeni administrasiyaya dəvət alanlar arasında Narkotiklərlə mübarizə idarəsinin rəhbəri Çak Rozenberq, Terrorimzlə mübarizə idarəsinin direktoru Nik Rasmussen, dövlət katibinin siyasi məsələlər üzrə müavini Tom Şennon və digərləri var.
Məlumatı jurnalistlərə Trampın mətbuat katibi Şon Spayser verib.