Türkiyənin Suriyada Əl Bab əməliyyatına yetərincə dəstək verməməkdə tənqid etdiyi ABŞ-ın liderlik etdiyi beynəlxalq anti-İŞİD koalisiyası uzun müddətdən sonra ilk dəfə hərəkətə keçdi.
Baki-xeber.com milliyet.com.tr-yə istinadən xəbər verir ki, İngiltərənin iki Tornado döyüş təyyarəsi Əl Bab yaxınlarındakı Bzagah bölgəsini bombalayıb. İngilis təyyarələrinə hədəf koordinatları Türkiyə ordusu tərəfindən verilib.
ABŞ ordusunun pilotsuz silahlı təyyarəsi də bölgədə İŞİD-ə aid 4 hədəfi vurub.