“The New York Times”-ın müxbiri Türkiyəyə buraxılma yaraq aeroportdan geri qaytarılıb.
Baki-xeber.com-un “life.ru” saytına istinadən xəbərinə görə, sözügedən qəzet jurnalist Roda Nordlandın İstanbulun Atatürk Hava Limanından qaytarılmasını onun ötən ilin sonunda dünyanın 150 ölkəsində, o cümlədən Türkiyədə baş verənlərlə bağlı yazdığı məqalə ilə əlaqələndirir. Qəzet radaksiyası bildirir ki, bu, yerli və əcnəbi jurnalistlər arasında aparılan “təmizləmə” prosedurunun davamıdır.
Xəbərdə o da deyilir ki, Roda Nordland gömrükdən geri qaytarıldıqdan sonra gəldiyi təyyarə ilə Londona qayıtmaq məcburiyyətində qalıb.