Vaşınqtonda ABŞ-ın seçilmiş prezidenti Donald Trampa məxsus otelin qarşısında insident yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, prezident seçkisindən narazı qalan bir nəfər “Trump International Hotel”-in qarşısına gələrək burada özünə od vurmağa cəhd edib. NBC telekanalının xəbərinə görə, hadısə dünən axşam saatlarında yaşanıb. Xəbərə görə, adı çəkilməyən etirazçı yanıq xəsarətlərilə xəstəxanaya qaldırılıb. Lakin onun son vəziyyəti barədə əlavə məlumat verilmir.