Prezident Putin özünün Yaxın Şərqdə aparıcı oyunçu olmasını təmin etdi.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri MSNBC telekeanalının efirində respublikaçı-senator Con Makkeyn səsləndirib. Makkeyn deyib ki, “əlində pis kartların olmasına baxmayaraq”, o, həmin kartlarla yaxşı oyun nümayiş etdirməyi bacardı. Respublikaçı-senatorun sözlərinə görə, bu gün ABŞ özünün Astanada 23 yanvarda keçiriləcək Suriya müzakirələrinə sıradan biri kimi dəvət olunması ilə barışır, burda söz sahibi isə “başqasıdır”.
Xatırladaq ki, kəskin anti-Rusiya mövqeyilə seçilən Con Makkeyn eyni zamanda Moskvanın kiber hücumlarda ittiham olunması və ona qarşı sanksiyalar tətbiqinin təşəbbüskarlarındandır.