Fransanın xarici işlər naziri Jan Mark Ero ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsini təmsil edən dipmissiyanın Təl-Əvivdən Qüdsə köçürülməsilə bağlı açıqlamasına sərt reaksiya verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Le Figaro” qəzeti yazıb. Xəbərə görə, fransalı nazır həmin ideyanı sərt tənqid edərək, provokativ addım adlandırıb. O deyib ki, bu addım çox ağır nəticələrə səbəb olma iqtidarındadır.
Qəzet onu da bildirir ki, hazırda Parisdə Yaxın Şərq üzrə beynəlxalq konfrans keçirilir, lakin İsrail və fələstinlilər orada iştirak etmir.
Xatırladaq ki, Tramp özünün seçki kampaniyası dönəmində İsrailə böyük simpatiya nümayiş etdirib və onun mübahisəli ərazilərdə yaşayış məskənləri salmasını qadağan edən BMT qətnaməsini ləğv etməyə çağırıb. Eyni zamanda Tramp Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə də söz verib.