Honkonqdan İstanbula uçan "Boeing 747" yük təyyarəsi Bişkek aeroportu yaxınlığında insanların il boyu yaşadığı bağ massivinə düşüb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, hadisə nəticəsində 32 nəfər həlak olub, 8 nəfər isə ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Xəbərə görə, hava gəmisinin düşməsi nəticəsində 15-ə yaxın birmərtəbəli yaşayış evi dağılıb.
Anadolu Agentliyindən bildirildiyinə görə, təyyarə Türkiyənin “ACT Airlines” adı ilə tanınan MyCargo Airlines şirkətinə aiddir.