Rusiya hərbi dairələri Suriyadakı silahlılara müraciət edərək, İdlibə ailələrinin yanına getmək istəyənlərə təhlükəsizlik koridoru açdığını elan edib.
Baki-xeber.com-un “life.ru”ya istinadən xəbərinə görə, bundan sonra müxtəlif müxalif qruplara mənsub 1200-dən çox silahlı normal həyata dönmək qərarı verərək döyüş zonasını tərk edib və İdlibə keçib. Agentliyin xəbərinə görə, bu barədə Rusiyanın Suriyada tərəfləri sülhə dəvət etmə mərkəzinin RF Müdafiə Nazirliyinin saytında yerləşdirilən bülletenində deyilir. Xəbərdə o da deyilir ki, Dəməşqin hökumətə qarşı döyüşən 9 əyalətindən ikisi atəşkəs rejiminə qoşulması barədə anlaşma imzalayıb. Həmin ərazidən 1268 döyüşçü çıxarılıb ki, onların da böyük əksəriyyəti silahı yerə qoyaraq normal həyata qayıdıb.