ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Demokratlar Partiyasının seçki narazılığının əsl mahiyyətini açıb.
Baki-xeber.com-un “İnterfax”a istinadən xəbərinə görə, D. Tramp deyib ki, bu narazılıq Obama tərəfdarlarının böyük əksəriyyətinin son prezident seçkilərdə məhz ona səs verməsilə bağlıdır. Tramp özünün “Twitter” hesabında bu barədə yazaraq bildirib ki, ABŞ şirkətləri ölkə daxilində iş yerləri açdıqca seçicilərin ona olan inamı və dəstəyi daha da artacaq.
Xatırladaq ki, D. Tramp seçki kampaniyası dövründə ABŞ-dakı bir sıra şirkətlərin vergi və digər xərcləri azaltmaq məqsədilə istehsal müəssisələrini başqa ölkələrə köçürməsini sərt tənqid edərək, bununla amerikalıları iş yerlərindən məhrum etdiklərini bildirmişdi.