Türkiyə özünün Suriya və İraqla sərhədi boyu 330 kilometrlik modul beton divarın tikintisini başa vurub.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə baş Qərargahının açıqlamasında deyilir. Xəbərə görə, daha 191 kilometrlik ərazidə isə tikanlı məftil çəkilib. Xəbərdə bildirilir ki, görülən tədbirlər nəticəsində son illərdə 57 min sərhədi keçmə cəhdinin qarşısı alınıb. İnsidentlərin əksəriyyəti Suriya sərhədində baş versə də, saxlananlar arasında 74 ölkə vətəndaşı olan 420 nəfər olub.