Suriya ordusu İsrailə Dəməşqdəki hərbi aeroportun raket zərbələrilə atəşə tutulmasının qarşılığı ola biləcəyi barədə xəbərdarlıq edib.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə “Reuters” xəbər verir. Xəbərdə bildirilir ki, raketlər İsrailin şimalındakı Tiberias gölü rayonundan atılıb. Rəsmi Dəməşqin fikrincə, İsrail bununla Suriya hökumətinə qarşı döyüşən terrorçu qruplara dəstək verib.
Xatırladaq ki, daha öncə İsrail HHQ təyyarələrinin Suriyanın paytaxtı Dəməşqdə Əl-Məzza hərbi aeroportuna aviazərbələr endirdiyi xəbər verilmişdi.